Super Kuboku başı üzərinə qaldıraraq Azərbaycanda ilk dəfə titul sahibi olan Con Toşak karyerasında 20-ci dəfə qalib adına yiyələnib. Futbolinfo.az xəbər verir ki, bunadək o, 12 dəfə futbolçu, 3 dəfə oynayan məşqçi və 4 dəfə baş məşqçi kimi titul əldə etmişdi. Baş məşqçi kimi sayca 5-ci, ümumilikdə isə 20-ci titula “Xəzər Lənkəran”da çatan uelslinin fərqi mükafatları da yetərincədi.

 
Futbolçu kimi Toşak 3 Uels kuboku, 3 İngiltərə çempionluğu, İngiltərə kuboku və İngiltərə Super Kubokunu qazanıb. Beynəlxalq arenada isə Çempionlar kuboku, 2 UEFA kuboku və UEFA Super Kubokuna sevinib. Oynayan məşqçi kimi 3 dəfə Uels kubokunu qazanan Toşak futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi komandalarına İspaniya kuboku, İspaniya Superkuboku, İspaniya çempionu və Türkiyə kubokunu qazandırmışdı. Uelsli son nailiyyətinə 15 il əvvəl “Beşiktaş”la Türkiyədə kubok qazanarkən imza atmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp