"Makkabi" məğlubiyyətindən sonra "Xəzər Lənkəran"dan qovulan Adrian Pit yenidən komandaya qayıdıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu mətbuata açıqlamasında bildirib.

Məsələ ilə bağlı Cəbrayıloğlu saytımıza açıqlamasında bunları dilə gətirib: "Bəli, Pit yenidən komandaya qaytarılıb. Klubla müqaviləsi olduğundan rəhbərlik ona özünə yeni komanda tapmağı tapşırmışdı. Lakin Pit klub tapa bilmədiyindən onu çöldə qoya bilməzdik. Əvəzedici heyətdə oynamaq təklif edildi və futbolçu da bu təklifi qəbul etdi. Onun əsas heyətdə oynamağı isə baş məşqçimizdən asılıdı".

 

Qeyd edək ki, futbolçunun "Xəzər Lənkəran"la olan müqaviləsi 30 iyun 2014-cü ildə başa çatır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp