"Yuventus"un yarımmüdafiəçisi Artur Vidal gələcək karyerası ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatına danışan Vidal "Real"da oynamaq istədiyini dilə gətirib:
 
 
"Real"da oynamaq heç də pis olmazdı. Çünki bu klub ulduz futbolçulardan təşkil olunub və səviyyəli komandadı. Amma nəzərə almaq lazımdı ki, mən hələ də "Yuventus"un futbolçusuyam. Gələcəkdə isə "Yuventus"dan sonra məhz "Real"da oynamaq istərdim".
 
Qeyd edək ki, 2011-ci ildən "Yuventus"da çıxış edən Vidalın komandası ilə 4 illik müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp