Topaz Premyer Liqasının 11-ci turunda "Xəzər Lənkəran"la qarşılaşacaq "Qarabağ" liderliyini qorumaq üçün qələbə qazanmalıdı. Birvaxtlar Cənub təmsilçisinin uğurları üçün tər tökmüş Vüqar Nadirov oyunla bağlı fikirlərini Futbolinfo.az saytına bildirib: 

"Bu oyuna ciddi hazırlaşırıq. Super Kubokda  "Xəzər Lənkəran" çox yaxşı oynadı. Komanda yaxşı formadadı. Amma biz də qələbə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq. Deməzdim ki rəqib komanda "Neftçi" ilə oyundan sonra yorğundu. Biz də elə olub ki, hətta gün ərzində iki oyuna çıxmışıq. Bu, futbolda normal haldı. İnşallah azarkeşlərimizi qolla sevindirməyə çalışacam".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp