Türkiyənin "Elazığspor" klubunda baş məşqçi dəyişikliyi baş verib. Futbolinfo.az xəbər verir ki, son turlarda alınan nəticələrdən narazı qalan klub rəhbərliyi Trond Solliedlə yollarını ayırıb.
 
Norveçli mütəxəssisin əvəzləyicisi də artıq bəllidi. Belə ki, "Elazığspor"u bundan sonra Okan Buruk çalışdıracaq. “Qalatasaray"ın sabiq futbolçusu Elazığ təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Buruk son olaraq Türkiyə millisində məşqçi kimi çalışmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp