Xəbər verdiyimiz kimi, “Bakı” 5 azərbaycanlı futbolçunu Madrid “Atletiko”sunun futbol akademiyasına göndərib. Futbolinfo.az xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçular artıq İspaniya paytaxtındadılar.
Bir neçə mərhələdən sonra seçilən Süleymanov Ruslan, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllının "Atletiko"nun düşərgəsindəki ilk görüntülərini təqdim edirik. (klub saytı)





