Liqa-1-də nəhəngi “Monako"nun hücumçusu Radamel Falkaonun Madrid "Real"ına keçmə ehtimalı gündən-günə güclənir. Futbolinfo.az xəbər verir ki, "Marca" nəşrinin son iddiasında futbolçunun meneceri Jorje Mendeşin Falkaonun Madrid klubuna transfer olunması üçün mümkün olan hər şeyi edəcəyi bildirilib.
Hansı ki, bunu kolumbiyalı forvard özü şəxsən istəyib. O, hətta "Real"da oynamaq üçün məvacibində endirim edilməsinə də razıdı.
Hazırda Falkao ilinə 14 milyon avro qazanır.