İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Anhel di Mariyanın komandadan ayrılmasını istəmir. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxxəssis argentinalı futbolçunun rəhbərlikdən ayrılmaq üçün icazə istəməsi xəbərinə münasibət bildirərkən belə deyib.
Ançelotti dünya çempionatından sonra 26 yaşlı futbolçu ilə danışıqlara başlayacaqlarını və onu komandada saxlamağa çalışacaqlarını deyib.
Di Mariya 2010-cu ildə "Benfika"dan "Real"a transfer olunub.