Roberto Mançininin istefasından sonra baş məşqçi axtarışında olan Türkiyənin “Qalatasaray” klubu, nəhayət ki, arzusuna çatıb. Futbolinfo.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mustafa Dənizli ilə anlaşıb.
 
Məlumatda qeyd olunur ki, tərəflər bütün məsələlərdə razılığa gəlib. Bu barədə ən qısa zamanda rəsmi açıqlamanın veriləcəyi deyilir.
 
Qeyd edək ki, 64 yaşlı mütəxəsiss 2013/14 mövsümünün sonu “Xəzər Lənkəran”la yollarını ayırıb. O, 1987-1989 və 1990-1992 mövsümlərində isə “Qalatasaray”da baş məşqçi işləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp