Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının DÇ-2014-dəki çıxışı haqqında növbəti açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, millisinin potensialından aşağı oyun nümayiş etdirdiyini bildirib:
 
“Argentinanın tam gücü ilə oynadığını düşünmürəm. Komanda hücumda oyun tempinə nəzarət edə bilmir. Buna görə çox acıqlı və əsəbiyəm. Yığma komanda daha yaxşı oynamalıdı. Lionel Messi tək qalıb. Yarımmüdafiəçilər oyunu üzərilərinə götürməyə cəhd etmirlər. Komanda potensialından aşağı çıxış edir. Əgər komanda Belçika ilə oyuna qədər özünə gəlməsə, yenə narahatçılıq içində olacağıq".
 
Argentina – Belçika oyunu iyulun 6-da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp