Daha bir futbolçumuz Türkiyənin PTT 1-ci Liqasında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, bu, müqavilə ilə "Bakı"ya məxsus olan Rəhman Hacıyevdi.
 
Bu barədə Türkiyə mətbuatı xəbər yazıb. Qardaş ölkənin media nüaməndələri futbolçumuzun "Qaziantep BB" klubu ilə böyük ölçüdə anlaşdığını bildirir. Ötən ay milli komandamızın hücumçusu Vaqif Cavadovla 1+1 illik müqavilə imzalayan Qaziantep təmsilçisinin Hacıyevlə də yaxın günlərdə münasibətləri rəsmiləşdirməsi gözlənilir. Çox güman ki, Hacıyev türk klubunda icarə əsasında çıxış edəcək.
 
Maraq üçün bildirək ki, yığmamızın milliləşdirilmiş müdafiəçisi Ufuk Budak da növbəti mövsümü "Qaziantep BB" klubunda keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp