İspaniyanın "Barselona" klubu "Liverpul"un forvardı Luis Suaresə görə növbəti təklifini irəli sürüb. Futbolinfo.az xəbər verir ki, katalon klubu uruqvaylı futbolçu üçün 70 milyon funt sterinqindən keçməyə hazırdı.
 
Aleksis Sançesin Suaresin transferində istifadə edilməsi də istisna deyil. Lakin çilili "Liverpul"a keçmək istəmədiyindən, katalonlar Suaresin sərbəst qalma dəyərini bütünlüklə ödəməli olacaq.
 
Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
 
Xatırladaq ki, Aleksis Sançes İngiltərənin digər təmsilçisi "Arsenal"la anlaşmağa yaxındı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp