Uzun müddətdi "Barselona"nın hədəfində olan "Fiorentina"nın futbolçusu Xuan Kuadrado "Mançester Yunayted"in də maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi Kolumbiya millisinin də şərəfini qoruduğu 26 yaşlı futbolçu üçün italyanlara 40 milyon avro təklif ediblər.
 
A Seriyası təmsilçisinin bu təklifə necə reaksiya verəcəyi maraqla gözlənilir. "Fiorentina" Kudradoya aid olan haqqların 50% "Udineze"dən 15 milyon avro müqabilində almışdı. London klubu futbolçunun alınması üçün 40 milyon avrosundan keçməyə hazırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp