"Fulhem"in baş məşqçisi Feliks Maqat "Barselona"nın və Braziliya millisinin hücumçusu Neymarın oyun tərzindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, “sambaçı”nı pulsuz versələr belə, komandaya gətirməyəcəyini bildirib: 
 
"Komanda oyununu nümayiş etdirən futbolçuları bəyənirəm. Neymar kimi futbolçular isə yalnız şəxsi göstəriciləri haqda düşünürlər. Bilmirəm. Yəqin ki, onu pulsuz da komandama gətirməzdim. Amma Braziliya ilə Dünya Çempionatının qalibi olsa, bəlkə, fikrimi dəyişdim".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp