Futbol üzrə İtaliya çempionatında yeni mövsümün 1-ci turuna start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Son çempion "Yuventus" səfərdə "Kyevo" ilə qarşılaşıb və minimal hesablı qələbəyə sevinib. "Roma" isə əsas rəqiblərindən olan "Fiorentina"nı qəbul edib. Paytaxt klubu 2 cavabsız qolla qalib gəlib.
 
Turun digər qarşılaşmaları bu gün keçiriləcək.
 
İtaliya A Seriyası
1-ci tur
30 avqust
 
Kyevo – Yuventus – 0:1
Qol: Bardi, 8-pen.
Roma – Fiorentina – 2:0
Qollar: Naynqolan, 28, Jervinyo, 90+3.
 
31 avqust
 
21:00. Milan – Latsio
21:00. Atalanta – Verona
23:45. Çezena – Parma
23:45. Cenoa – Napoli
23:45. Palermo – Sampdoriya
23:45. Sassuolo – Kalyari
23:45. Torino – İnter
23:45. Udineze – Empoli
Shares: