"Zenit"in braziliyalı futbolçusu Halk yenidən irqçi təhqirə məruz qaldığını iddia edib. Futbolinfo.az xəbər verir ki, o, Rusiya Premyer Liqası çərçivəsində baş tutan  "Mordoviya" – "Zenit" oyununda (1:0) matçın hakimi Aleksey Matyunin tərəfindən təhqir olunduğunu bildirib.
 
28 yaşlı hücumçu fikrini belə izah edib: "Danışmaq üçün hakimə yaxınlaşdım və əlimi onun çiyninə qoydum. O isə mənə tərəf dönüb, təkəbbürlə ona toxunmamağımı tələb etdi. Oyundan sonra ona "siz irqçisiz?" sualını verdim. O isə cavabında "sən də, qaralar da mənim xoşuma gəlmir" dedi. Azarkeşlər tərəfindən irqçilik halları tez-tez olur. Əlbəttə, bu, qəbuledilməzdi, ancaq aydındı ki, bununla onlar futbolçuları özündən çıxarmağa cəhd edirlər. Ancaq hakimin irqçi təhqirə yol verməsinə heç bir halda haqq qazandırmaq olmaz".
 
İrqçilikdə ittiham olunan Aleksey Matyunin də məsələyə münasibət bildirib. O, futbolçunu məhkəməyə verəcəyini deyib: "İrqçilikdə günahlandırılmaq olduqca ciddi ittihamdı. Buna görə adamı cinayət məsuliyyətinə cəlb edərlər. Bu ittihamı sübut etmək lazımdı. Öz haqqımı məhkəmədə qorumağa çalışacam".
Shares: