Zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalan "Beşiktaş"ın əsas qapıçısı Tolqa Zəngin sağalıb. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper artıq komanda ilə birgə məşqlərdə də iştirak edir. 
 
Onun Türkiyə kubokunun qrup mərhələsi ilk matçında (4 dekabr) "Sarıyer"ə qarşı forma geyəcəyi deyilir. 
 
Qeyd edək ki, Türkiyə millisnin də üzvü olan Tolqa Türkiyə Superliqası çərçivəsində keçirilən "Fənərbağça" derbisində (2 noyabr) çiynindən zədə almışdı. 
Shares: