Almaniyanın "Bavariya" lubunun qapıçısı Xose Reyna zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
 
Mənbədə qeyd olunur ki, 32 yaşlı ispaniyalı artıq komanda ilə ümumi məşqlərdə iştirak edə bilir. Onun yaxın günlərdə tam formaya düşəcəyi deyilir.
 
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Reyna bu yay İngiltərə "Liverpul"undan Münhen klubuna keçib.
Shares: