Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandamız toplanış çərçivəsiznə yoxlama oyunu keçirib.
Millimiz Belarus yığması ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Yığmamızın yeganə qolunu isə Fineo De Araujo vurub.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da həmin komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
(affa.az)