Şikayətlər, narazılıqlar, aradançıxmalar başladı. Azərbaycanı yalnız pul üçün seçən əcnəbilər hamıdan qabağa düşdü.
Zaqatalanın “Simurq” klubunda maliyyə problemlərinin olduğu haqqında xəbər vermişdik. Cahangir Hacıyevin Beynəlxalq Bankdan istefa verməsi klubun vəziyyətini pisləşdirib. Hazırda futbolçular 4 aydır ki, maaş almırlar.
 
Oyunçular da bu duruma dözə bilmir. Artıq komandanın xorvatiyalı yarımmüdaçisi Stepan Polyakın FİFA-ya şikayət edəcəyi ilə bağlı xəbərlər də var. Futbolçu özü isə bu duruma futbolinfo.az saytına açıqlamasında belə aydınlıq gətirdi:
 
“Neçə aydır maaş almadığımız bəllidi. Lakin mən hələ ki, FİFA-ya şikayət etməmişəm. İnanıram ki, vəziyyət düzələcək. Hələ də gözləyirəm. Mövsümün sonuna 5 tur qalıb. Çempionat bitdikdən sonra da maaş verilməsə, ondan sonra baxacağıq. Görək nə olur? Bəlkə pullarımızı verdilər. Verməsələr, bir tədbir görməyə çalışacağıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp