"Liverpul"un forvardı Daniel Starric mövsümü bağlayıb. Futbolinfo.az xəbər verir ki, ingilis hücumçunu cari mövsümün gedişində bir də yaşıl meydanlarda görə bilməyəcəyik. Bu haqda "Sky Sports" məlumat yayıb. "Qırmızılar"ın baş məşqçisi Brendan Rocers də bunu təsdiqləyib. Danielin omba əzələsində yırtıq təsbit olunub.
Futbolçu Premyer Liqanın 30-cu turunda "Mançester Yunayted"lə oynanılan görüşdə sıradan çıxmışdı. O vaxtdan bəri oynamayan Starricin iyunda sağalacağı proqnozlaşdırılır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp