İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal"la səfər oyununda qolsuz heç-heçə edən "Çelsi"nin baş məşqçisi rəqib komanda azarkeşlərinin tənqidlərini cavablandırıb. Futbolinfo.az xəbər verir ki,  həmin matçda Mou komandaya qapalı oyun oynatmaqla matçın sıxıcı keçməsinə səbəb olmuşdu Portuqaliyalı mütəxəssis oyun zamanı "Darıxdırıcı, darıxdırıcı "Çelsi" şüarı səsləndirən "Arsenal" fanatlarına özünəməxsus şəkildə cavab verib:
 
"Mən düşünürəm ki, 10 il ərzində Premyer Liqada çempion olmamaq darıxdırıcıdı. Fikrimcə, 10 il gözləmək , gözləmək və gözləməkdən darıxdırıcı bir şey yoxdu. Bəlkə onlar bizim haqda oxumurdular. Evdə oynayasan və forvardını əvəz edəsən. Bəlkə azarkeşlər Uelbeklə Jirunu bir yerdə meydanda görmək istəyirdilər. "Darıxdırıcı komanda" Premyer Liqada 2-ci sıradadı və top fərqinə görə hamını qabaqlayır. Yalnız top-komanda çempionatın əvvəlindən lider olaraq irəliləyə bilər".
Qeyd edək ki, 33 oyundan sonra 77 xalla turnir cədvəlinə başçılıq edən "Çelsi"ni çempionluqdan cəmi 1 qələbə ayırır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp