Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 31-ci-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.   
Belə ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində Lənkəran təmsilçisinin futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.
Komitə "Neftçi"nin futbolçusu Karlos Kardozonu da cəzalandırıb. Belə ki, “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində Kardozo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Braziliyalı müdafiəçi İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdı. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza  avtomatik olaraq qüvvəyə minib. Bununla da, o, ümumilikdə 3 oyunu buraxmalı olacaq.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp