Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 25-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.   
“Rəvan” – “Neftçala” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şahdağ” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında ev sahiblərinin 5, qonaqların isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat məbləğində cərimə kəsilib. Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimələnib.
“Kəpəz” – “Ağsu” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılmışdı. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünür, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilir. Hakimlər Komitəsi hakim haqqında lazımı ölçü götürüb, İntizam Komitəsinə məlumat verilməsi istənib. Eyni matçın 90+4-cü dəqiqəsində “Kəpəz”in digər futbolçusu Vasif Mehrəliyev, rəqib oyunçu Malik Babayev bir-birini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanıb.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp