Bu gün Topaz Premyer Liqasının 32-ci tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Bakı" öz meydanında "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edib. 
Biləcəridəki qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə çox zəif oynadıq. İkinci hissədə nəsə etməyə çalışdıq. Amma vəziyyəti düzəldə bilmədik. Komandadan tam narazıyam”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp