Bu gün Topaz Premyer Liqasının 32-ci tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Bakı" öz meydanında "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edib. 
Biləcəridəki qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi İbrahim Uzunca qalibiyyəti belə şərh edib:
“Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq. Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp