“İnter” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisinin hədəfində “Bavariya”nın mərakeşli müdafiəçisi Mehdi Benatiyadı.
 
İtaliya mətbuatının verdiyi məlumata görə, “İnter”in idman direktoru Xaviyer Zanetti bu barədə bunları deyib: “Mançini ilə danışdıq və çox iddialı komanda qurmaq istəyirik. Benatia Almaniyada çempion olmuş futbolçudu. Görüşmələrimiz davam edir. O, “İnter”ə gəlsə çox sevinərik”.
 
Qeyd edək ki, 28 yaşlı futbolçu 2014-cü ildə İtaliyanın “Roma” klubundan “Bavariya”ya transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp