Çili yığması Amerika Kuboku-2015-in ilk finalçısı olub. Futbolinfo.az xəbər verir ki, yarımfinalda meydan sahibləri Peru millisini üstələyib.
2:1 hesabı ilə başa çatan qarşılaşmadakı qolların hamısı çilililərdən gəlib. Artıq 20-ci dəqiqədən (Sambrano meydandan qovulub) etibarən azlıqda qalan Peru fasiləyə 3 dəqiqə qalmış qapısında qol görüb. Tribunaları ayağa qaldıran Varqas olub.
60-cı dəqiqədə Çili yığmasının yarımmüdafiəçisi Medel diqqət mərkəzinə düşüb: avtoqola imza atmaqla. Lakin bərabərlik cəmi 4 dəqiqə davam edib. Varqas özünün və komandasının 2-ci qoluna imza atmaqla, yekun nəticəni müyyənləşdirib.
Qeyd edək ki, Çilinin finaldakı rəqibi səhər saatlarında, Argentina – Paraqvay oyununda müəyyənləşəcək.