Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları baş tutacaq. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” Tiflisddə yerli “Dinamo”nun qonağı olacaq. 
Bu qarşılaşma Tiflis təmsilçisinin tarixi ərzində 87-ci avrokubok matçı olacaq. 
Qarşılaşmanın baş tutacağı 2 iyul tarixini isə gürcülər üçün uğurlu saymaq olar. Belə ki, rəqib indiyədək 3 dəfə 2 iyul günü oyuna çıxıblar və bu görüşlərin 2-də qələbə qazanıblar. 
Maraqlıdı ki, alınan yeganə məğlubiyyət uzaq 1970-ci ildə “Neftçi” ilə Bakıda keçirilən görüşə təsadüf edir. Həmin vaxt flaqman rəqibini 1:0 hesabı ilə üstələmişdi. Şimali qafqazlılar digər halda isə 1951-ci ildə “VVS Moskva”nı (1:0) və 1989-cu ildə  “Zenit”i (2:1) üstələməyi bacarıb.  
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” matçı sabah saat 21:00-da start götürəcək.
Shares: