Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar" ötən gün yoxlama oyununda qüvvəsini sınayıb.
Evdə “Şahdağ”la üz-üzə gələn paytaxt təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb. Matçdakı yeganə qolu Qurban Hüseynov vurub.
Qeyd edək ki, bakılılar bu heyətlə meydana çıxıb: Elxan Əhmədov, Rəvan Kərimov, Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov, Qeyrət Əliyev, Müşviq İlyasov, Ülvi Quliyev, Salman Altuxanov, Kamil Nurəhmədov, Valeh Seyidov 
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp