Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qəbələ"nin prezidenti Tale Heydərov bu sözləri deyib: 
"Komandamız yaxşı mübarizә apardı. Sona qәdәr döyüşdük bir xal qazandıq. 3 xal da qazana bilәrdik. Amm әn azı uduzmadıq. Bu da bizim üçün nәaliyyәt sayıla bilәr. Yeni transferlәrin oyunundan razı qaldım. Onlar özlәrini yaxşı tәrәfdәn göstәrә bilәrlәr. Bizim qrupda mәqsәdimiz sona qәdәr yaxşı mübarizә aparmaqdı. Azәrbaycanı yüksәk sәviyyәdә tәmsil edәcәyik. Qrupdan çıxmaq üçün mübarizә aparacağıq. Bütün çәtinliklәrә baxmayaraq, sona qәdәr çalışmalıyıq. Qrupa düşmәk üçün çәtin komandaları mәğlub etmişik. Qrupda da bunu bacararıq. Çalışacam ki, komandanın bütün oyunlarını canlı izlәyim".
Heydәrov azarkeşlәrdәn dә danışıb: "Azarkeşlәrin stadiona az gәlmәsi yәqin vaxtla bağlı idi. Amma biz "Qәbәlә" klubu olaraq onları hәr zaman stadiona dәvәt edirik".
Klub prezidenti qrupdakı digәr rәqiblәr haqqında da fikirlәrini bildirib: "Digәr rәqiblәrimiz dә çәtindi. "Borussiya" vә "Krasnodar"  yaxşı komandalardı. Amma әlimizdәn gәlәni edәcәyik. Maksimum xal yığmağa çalışacağıq. PAOK bizdәn güclü komandadı. Onlara uduza bilәrdik. 1 xal qazandıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp