Topaz Premyer Liqasının son turunda öz meydanında “İnter”ə uduzan AZAL hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın heyətində 2 zədəli futbolçu var. 
Belə ki, 4-cü turda “Kəpəz”lə görüşdə sıradan çıxan Elmin Çobanov hazırda ev şəraitində müalicəsini davam etdirir. Onun təxminən, 20 gün sonra sıraya dönəcəyi gözlənilir. Bundan başqa, əzələsini dartan Nugzar Kvirtiya məşqlərdə iştirak edə bilmir. Dünən MRT müayinəsindən keçən yarımmüdafiəçinin vəziyyəti ilə bağlı testin cavabı bu gün çıxacaq. 
Qeyd edək ki, “təyyarəçilər” geridə qalan 5 turdan sonra ölkə çempionatında xala və qola həsrət qalan yeganə komandadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp