“Neftçi”nin əsas qapıçısı Aqil Məmmədov sıraya dönür. Zədə səbəbindən Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran”a qarşı baş tutan oyunda meydançaya çıxa bilməyən qolkiper hazırda özünü yaxşı hiss edir.
Futbolinfo.az saytının məlumatına görə, Məmmədov “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan derbisində meydançada olacaq.
Qeyd edək ki, Aqilin yoxluğunda “Xəzər Lənkəran”la matçda qapını qoruyan Miçal Peskoviç kobud səhvlə yadda qalmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp