“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin tribuna.com saytına geniş müsahibə verib. Avropa Liqasındakı uğur cığırından bəhs edən edən təcrübəli mütəxəssis mentalitetimiz haqda da fikirlərini bölüşüb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– “Qəbələ” qısa tarixi ərzində Avropa Liqasında ikinci dəfə çıxış etdi və qrup mərhələsində oynamaq hüququ qazandı. Hər növbəti mərhələdə əvvəlki ilə müqayisədə, komandanızın artırdığını söyləyə bilərik?
– Deməzdim. Eyni səviyyədə oynayırdıq. Eyni səviyyədə oynasaq da, yolumuz çox çətin idi. Hər bir rəqib bizim üçün çətin idi. Yeni komanda qururduq, oyunçular iyunun sonu – iyulun əvvəlində komandaya qoşuldular. Bu mərhələləri adlamaqla parallel şəkildə komanda qururduq. Təsnifat mərhələlərində ən çox diqqətimi yunanlar çəkdi.  Hər halda bu, qarşılaşdığımız rəqiblər sırasında ən güclüsü idi.

 
– “Panatinaikos” sizə barmaqarası yanaşmışdı?
– Eşitdiklərimə əsaslanaraq, belə deməzdim. Rəqibimiz oyuna tam ciddiyət və əzmlə hazırlaşmışdı. Oyunçuları onlar üçün asan olmayacağını söyləyirdilər. Gördüyüm və təhlillərimə söykənərək, deyə bilərəm ki, “Panatinaikos” bacardığı qədər oynadı. Yunanlara qarşı həm evdə, həm də səfərdə çox yaxşı çıxış etdik.
– “Çernomorets”-2013 və “Qəbələ”-2015: avrokubok yolunda bənzərliklər var?
– Fərq böyük olacaq.”Qəbələ”ylə 1 mərhələ daha çox oynamışıq, ilk turdan mübarizəyə başlamışdıq. Oyun keyfiyyətinə gəlincə, “Srvena Zvezda” ilə görüşdə həm biz, həm də rəqib əla oynamışdı. Həmin mərhələ “Çernomorets” üçün ən ciddi sınaq oldu. Pley-offda albanlarla oyun bizə psixoloji baxımdan çətin idi. Bir tərəfdən anlayırdıq ki, uğur hardasa yaxındadı, ancaq digər yandan albanların əzmi ən yüksək həddə idi. Futbolçularının, rəhbər şəxslərinin açıqlamaları yadımdadı – qrupa düşməyi, çox, lap çox arzulayırdılar. Bütün bunlar fərqli xarakterli problemlər idi. Sırf oyun baxımından isə ən çətin mərhələ “Srvena Zvezda” səddi idi.

 
– “Qəbələ”də uğursuz startdan sonra ağlınıza gələrdimi ki, artıq avqust ayında Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müzakirə edəcəksiniz?
– Bu qədər uzağa baxmağa ehtiyac yoxdu. Futbolda bu, adətən yaxşı nəticə vermir. Hətta deyərdim, konsentrasiyanı itirməyə də səbəb olur. Ümumiyyətlə, bu, yanlış düşüncələrdi. Hansı komandaya gəlməyimdən asılı olmayaraq, ilk məqsədim futbol oynamağı öyrənmək, oyun qurmaq lazımdı. Oyun yoxdursa, nə heç bir nailiyyət, nə heç bir şey barədə düşünmək, nə heç bir mərhələ adlamaq, nə yüksək yerlər barədə düşünmək, nə sabit nəticələr haqda düşünmək olar. “Qəbələ”yə keçərkən bütün bunları düşünmüşdüm. Çox şeyi dəyişmək lazım idi, heç nəyi təxirə salmaq olmazdı.  İşə başlamalı və hər şeyi kəllə-mayallaq çevirməli idik. Tədricən adıımlamaq olmazdı.

 
– Ancaq hər şey planlaşdırıldığı kimi getmədi…
– İlk oyunlarda baş verən xal itkilərinə sakit qarşıladım. Futbolda nadir hallarda möcüzələr baş verir. Hər şeyə vaxt lazımdı. Axı necə demək olar ki, komanda xallar itirdi, 3 oyunda məğlub olduq? Bunu mənfi nəticə saymaq olar? Bu fikirlərlə ümumiyyətlə, razılaşmıram. Əvvəla, həmin üç oyunun ikisində məğlub olmaya da bilərdik. Bir tərəfdən çoxsaylı hakim səhvələri, difər yandan isə inanılmaz bəxtsizlik. Qapının bütün dirəklərini “saymışqdıq”. Düzdü, bu, indi heç kimə maraqlı deyil. Ancaq düzgün iş, tutduğumuz yola inam və tam əminlik göstərdiyimiz nəticələr hesabına indi əlimizdəki əsasdı. 
– “Çernomorets”lə yüksək dəstəyə çıxdıqdan və ilk oyunda məğlub olduqdan sonra keçirdiyiniz mətbuat konfransında “premyer-liqaya hazır olmadan çıxmışıq”, demişdiniz. Analoji hal “Qəbələ”də də baş verdi?
– Xeyr, həmin vaxt birinci dəstə səddini adlamaq məqsədi güdən gənclərdən qurulan heyətimiz var idi. Ola bilər ki, bu yolu 1-ci dəstədən qət etmiş həmin oyunçuların elitaya hazır olmadıqlarını dərk etmirdim. Ancaq ilk oyunlardan sonra anladım ki, bu, mümkünsüzdü. Həmin səbəbdən də qışadək problemləri demək olar ki, aradan qaldırdıq.
Burda isə deyə bilmərəm ki, mənə qədər heç bir iş görülməmişdi, gəldim və hər şeyi sıfırdan başladım. “Qəbələ”də futbolçuların fəlsəfəsini, onların dünyagörüşlərini ciddi şəkildə dəyişməyə zərurət var idi. Ola bilər ki, bu, hamıya şamil olunmurdu, ancaq bir qisminə dəqiq lazım idi. Uşaqların qavrama qabiliyyətini, ilk növbədə psixologiyalarını dəyişmək bacarıqlarını yüksək dəyərləndirirəm.
 
– Qay və Bezotosnı orda sizin bələdçiləriniz rolunda çıxış etdilərmi?
– Əlbəttə, belə bir zamanda biz ancaq inandığımız və səhvə yol verməyəcəyimizə əmin olduğumuz futbolçuları götürməyimiz vacib idi. Doğrudu, tam anlaşma üçün müəyyən zamana ehtiyacımız var idi. 3-5 turdan sonra istiqamətverici, hər şeyi yerbəyer edən fiqurumuz oldu. Oyunumuz təşkilində onun rolu olduqca böyükdü.

 
– Azərbaycanlı gəncləri izləyirsinizmi? “Qəbələ”də gənc və istedadlı futbolçular varmı?
– Bu insanların həyata qarşı münasibətləri fərqlidi. Bir çoxu inanclı insanlardı. Öz inandıqları dəyərlərə xəyanət etməmək üçün spirtli içki içmirlər və ya digər zərərli vərdişlərdən uzaq dururlar. Ona görə də onların şansı digər rejimdənkənar və boş –boş gəzənlərdən daha çoxdu. Azərbaycan Premyer Liqasında reqlamentə görə 1994-cü il təvəllüddən böyük olmayan bir futbolçu mütləq meydanda olmalıdı.

 
– Fikrinizcə, bu, düzdü, ya səhv?
– Limit haqqında soruşursunuzsa, mən bunun əleyhinəyəm.

 
– Rəhbərliklə münasibətləriniz necədi?
– Bizim prezidentimiz çox-çox böyük insandı. Biz onunla “Qəbələ”yə təzə gələndə görüşmüşdük. Razılaşıb müqavilə imzalamışdıq. Daim oyunlara gəlir, bəzən uşaqları təbrik etmək üçünpaltardəyişmə otağına da düşür. Ancaq başqa bir münasibətimiz yoxdu. Klubun vitse-prezidenti və baş meneceri var və onlar klubu bilavasitə idarə edirlər. Və bizim futbol anlayışımız üst-üstə düşür.

 
– Bəs birdən sizə desə ki, “Roman İosifoviç, gəlin, bu cür oynayaq”, razılaşarsınız?
– Bizim prezidentimiz o sözü deməz. Ancaq bu şəkildə demək olar: “İstədiyiniz kimi oynayın, ancaq nəticə qazanın”. Lakin burda söhbət ancaq nəticədən deyil, həm də keyfiyyətli oyundan gedir. Düzünü deyim ki, çox maraqlı sual vermisiniz. Hətta başqa cür necə ola biləcəyini də düşünə bilmirəm.

 
– Yaxşı, belə deyək, öz taktiki sxemini sizə təklif etsə?
– Əgər görsəm ki, maraqlı nəsə var, niyə də olmasın? Hər bir variant üzərində düşünmək lazımdı. Ümumiyyətlə, belə prezidentlərin mövcudluğuna inanmıram.

 
– Azərbaycanda işləmək sizi dəyişməyib ki?
– Deməzdim. Ancaq əlbəttə ki, bəzi fərqlər olacaq. Fərqli fəlsəfəyə sahib insanların arasında işləyirsən, vəssalam. Ancaq futbol barəsində xeyr. Çünki futbolu bir cür anlayıram –çoxlu və dürüst bir şəkildə işləmək lazımdı.

 
– Dortmund “Borussiya”sı ilə bir qrupda yer almaq yaxşıdı, ya pis?
– Əlbəttə ki, yaxşıdı. Əgər bütün futbol həyatımıza nəzər salsaq, yadımızda ancaq kimlərlə oynadığımız qalır. Məsələn, “Ventspils”in “sükanı arxası”nda olarkən “Nyukasl” səfərindən qolsuz bərabərliklə dönməyimiz hələ də yadımdadı. Düşünürəm ki, “Borussiya” ilə görüşlər də xatirəmdə qalacaq.

 
– Bizim məşqçilər qələbə qazana bilməyəndə bəhanələr uydururlar: Məsələn, Lüksemburq futbolu inkişaf edir, Estoniya futbolu inkişaf edir və s. Bəs Azərbaycan futbolu necə, inkişaf edir?
– Gəlin statistikaya nəzər salaq. 10 komandanın oynadığı çempionatda çıxış edən 2 klub Avropa Liqasında qrup mərhələsində yarışır. Bu ciddi nəticədi. Milli komanda 3 oyundu uduzmur (əslində bu göstərici 4 oyuna bərabərdi – red.), Xorvatiyadan xal alır. Əlbəttə ki, inkişaf var. Fikir verin, Avropa Oyunlarını necə təşkil etdilər. Həm futbol, həm də digər idman növləri çox sürətlə inkişaf edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp