Uğursuz nəticələrin fonunda “Rəvan”ın baş məşqçisi Emin Quliyev müxtəlif islahatlar aparıb. Futbolinfo.az xəbər verir ki, bir müddət öncə Azərbaycan milli komandasının sabiq üzvü Fərid Quliyevi əvəzedici heyətə göndərən gənc baş məşqçi  cəzaları davam etdirir.
 
Maraqlıdır ki, bu dəfə cəza komandanın kapitanı və bütün oyunlarda əsas heyətdə mübarizə aparan Ramazan Abbasova şamil olunub. Belə ki, onun adı “Qəbələ” ilə hazırda davam edən matçın iştirak ərizəsinə daxil edilməyib. Əldə etdiyimiz məlumata görə, millimizin sabiq üzvünün zədə ilə bağlı problemi yoxdur.   
 
Samuel Barlay isə cəza səbəbindən “Qəbələ”yə qarşı oyunda iştirak etmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp