Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində davam edən “İnter” – “Qarabağ” matçında qonaqlar inanılmaz jest etdilər. Futbolinfo.az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində Elvin Əsgərov meydan sahiblərinin qapısına təyin etdiyi penaltini Elvin Məmmədov bilərəkdən qapıdan kənara göndərdi.
Buna səbəb baş hakimin kobud səhvə yol verərək, “İnter”in qapıçısı Georgi Lomayanın Reynaldoya qarşı qayda pozuntusuna əl atdığını iddia edərək, penalti nöqtəsini göstərməsi olub. Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcü qapıçının sonuncu ümid folu kimi dəyərləndirilərək, meydandan qovulmasını şərtləndirib. Nəticədə, bütün əvəzetmələrdən istifadə etmiş “İnter”in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.
Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Kvekveskiri “ağ bayraq” qaldırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp