Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki,  "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edib. 
Bu böyükhesablı məğlubiyyət Lənkəran təmsilçisinin antirekordu olub. Belə ki, "ağ-yaşıllar" bu oyunda ölkə çempionatları tarixində ən böyükhesablı məğlubiyyətini yaşayıb. 
Qeyd edək ki, Cənub klubu bundan əvvəl (2011-ci ildə) əzəli rəqibi "Neftçi"yə 5:0 hesabı ilə uduzmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp