Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt"ı  məğlub edən (3:1) "Kəpəz" hazırda istirahətdədi. Futbolinfo.az xəbər verir ki, gəncəlilər ayın 8-də bir araya gələcək. 
Komanda Bakıda ADBTİA stadionunda toplanacaq. Yüngül ağrıları olan Kərim Diniyev və Junior Martinsin ayın 8-ə kimi sağalıb, sıraya qoşulacağı gözlənilir.
Qeyd edək ki,"Kəpəz" ölkə çempionatı çərçivəsində növbəti görüşünü oktyabrın 16-da səfərdə"Rəvan"la keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp