Topaz Premyer Liqasının 7-ci turunda ən yadda qalan məqam “İnter” – “Qarabağ” oyununda baş hakim Elvin Əsgərovun qonaqların lehinə təyin etdiyi münahisəli penalti epizodu olub. Referinin meydan sahiblərinin qapısına verdiyi 11 metrlik cərimə zərbəsinin səhv qərar olduğunu düşünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Elvin Məmmədova topu kənara vurmağı tapşırıb. 
Qurbanovun bu hərəkəti əksəriyyət tərəfindən alqışlarla qarşılanıb. Futbolinfo.az xəbər verir ki, həmin oyunun fit sahibi Elvin Əsgərov bu məsələ haqqında sosial şəbəkədə fikirlərini bölüşüb.
Əsgərovun səhv qərar vermədiyini bildirib: "Penalti var. Burda "fair-play"in yeri yoxdu. Bu hərəkət hakimə qarşı hörmətsizlikdi. Diqqətlə baxsan, qapıçı topa toxunduqdan sonra bilərəkdən ayağını qaldırır və hücumçunu dizindən vurur. Söz-söhbəti üzərindən belə götürmürlər. Düz olan biz, penaltini vurmayıb, hörmət qazanan onlar".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp