“Neftçi”nin hücumçusu Antonio Quinta (Anyete) klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı forvard əvvəllər şərəfini qoruduğu Bolqarıstan “Levski”sinə qayıdışı ilə bağlı xəbərlərə münasibət bildirib:
“Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək “Levski”nin oyununa baxdım. Çünki futbol oynamağı sevdiyim kimi, baxmağı da sevirəm. Amma mən “Levski”yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm. Mənə iki dəfə yaxınlaşıb, müsahibə almaq istəsələr də razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm.
“Neftçi”də xoşbəxtəm. Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə möhtəşəmdi. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp