Oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya görüşündən çəkilişləri CBC kanalı həyata keçirəcək. Futbolinfo.az saytının əldə etdiyi məulmata görə, buna səbəb sözügedən kanalın Topaz Premyer Liqasının oyunlarını yüksək səviyyədə nümayiş etdirməsidi.
Məsələyə aydınlıq gətirmə üçün CBC-in direktoru İlham Rüstəmovla əlaqə saxladıq. Həmsöhbətimiz məsələ ilə bağlı UEFA-nın da maraqlı tərəf olduğunu dilə gətirdi: “UEFA çəkilişi aparmaq üçün bizə müraciət edib. Oyunu yerli kanallardan İTV versə də, çəkilişi biz aparacağıq. Bundan başqa, İtaliyanın RAİ kanalı da əvvəlki yayımlardan narazı qaldığı üçün oyunu məhz bizim çəkməyimizi istəyir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp