FİFA-nın prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini 90 günlük vəzifəsindən kənarlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, bu qərarlar Etika Komitəsinin istintaq palatası tərəfindən verilib.
Buna səbəb hər 3 şəxsin adının rüşvət qalmqalında hallanmasıdır.
Lakin sözügedən komitənin cəzaları bununla bitməyib. Onlar FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondju 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıblar. Həmçinin, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp