AÇ-2016-nın seçmə mərhələsində Çexiya ilə oyunun hazırlıqlarını davam etdirən Hollandiya milli komandasının düşərgəsində xoşagəlməz hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 
Belə ki, səhər məşqində "Fənərbaxça"nın futbolçusu Robin van Persi və "Mançester Yunayted"in gənc  hücumçusu  Memfis Depay arasında mübahisə olub. Onların arasında baş verən mübahisəni komanda yoldaşları sakitləşdirib.
 
Qeyd edək ki, Hollandiya – Çexiya oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp