Bolqarıstan – Azərbaycan oyununa biletlərin qiyməti 7-20 lev (3-10 AZN) aralığında olacaq. Futbolinfo.az saytının Sofiyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, oyuna maraq olduqca azdı.
 
Kassalarda müraciət etdiyimiz satıcılar 44 minlik Vasil Levski stadionuna təqribən 10 min civarında bilet satıldığını bildirsə də, yerli jurnalistlərdən biri şok iddia ilə çıxış etdi: "Onlar sizi aldadıblar. Azarkeşlər nəticə verməyən millidən üz döndəriblər. 500 nəfər gəlsə, papağımızı göyə atarıq".
 
Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçı sabah Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp