Ötən gün Topaz Premyer Liqasında VIII tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" səfərdə "Rəvan"ı 2:0 hesabı ilə məğlub edib.
"Bayıl Arena"dakı oyunu izləyənlər arasında Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev də olub. "Sarı-göylərin" Bakıda keçirilən bütün oyunlarında tribunada yer alan Vəliyev bu dəfə də komandanı dəstəksiz qoymayıb. Matçdan sonra futbolçuların soyunub geyinmə-otağına baş çəkən Müşahidə Şurasının sədri komandanın layiq olduğu qələbəni qazandığını deyərək, futbolçuları və məşqçilər korpusunu təbrik edib.
Elmir bəy havanın soyuq və yağışlı olmasına baxmayaraq, 90 dəqiqə ərzində dayanmadan “Kəpəz”i dəstəkləyən azarkeşlərə də minnətdarlığını bildirib.
O, görüşün sonunda komandaya qarşıdakı oyunlarda da uğurlar arzulayıb.
 
Elmir kepez - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp