Topaz Premyer Liqasının növbəti turunda doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv milli komandaların oyunları səbəbindən yaranmış fasilə zamanı yoxlama matçı keçirəcək. 
"Kimyaçılar" 1-ci divizion təmsilçisi "Bakı" ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 14-də "Kapital Bank Arena"da baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp