Türkiyə Superliqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Trabzonspor” Şota Arveladze ilə yollarını ayırıb.
Klubdan verilən açıqlamada gürcü mütəxəssislə müqavilə qarşılıqlı şəkildə pozulub. Bu işbirliyinin sona çatmasına səbəb Qaradəniz təmsilçisinin uğursuz çıxışıdı. Onu müvəqqəti olaraq, bu postda klubun gənclərlə işləyən məşqçisi Sadi Tekelioğlu əvəz edəcək. 
Qeyd edək ki, Arveladze cari mövsümün əvvəlində istefa verən Ərsun Yanalı bu postda əvəzləmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp