Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Moldova ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi müəyyənləşib.
Tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən "CBC Sport" kanalı olub. Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq sözügedən matçı "CBC Sport" kanalında yayımlanacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp