Zlatan İbrahimoviçin ardıcıl 10-cu dəfə ölkəsində ilin ən yaxşı futbolçusu seçilməsi haqqında yazmışdıq. Futbolinfo.az xəbər verir ki, mükafatlandırma mərasimində PSJ-nin hücumçusu surprizlə qarşılaşıb. 
Belə ki, Avropa Çempionatının seçmə oyunları çərçivəsində keçirilən İsveç – Çernoqoriya matçından öncə Zlatana heyranlıqla baxan Melvin və Franklin adlı  2 uşaq da mərasimdə iştirak edib. Həmin uşaqlar forvardla eyni səhnəni bölüşüblər. 
Qeyd edək ki, onların futbolçunu gördükləri anda verdikləri reaksiya televizyalarda və sosial şəbəkələrdə məşhur olmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp