“Qalatasaray” heyətini daha bir məşhur futbolçu ilə gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, bu , ispaniyalı hücumçu David Vilyadı.
Hazırda ABŞ-ın “Nyu York Siti” klubuna məxsus olan 33 yaşlı forvard da Avropaya qayıtmaq fikrindədi. Çünki dekabrda mövsüm başa çatacaq və komandalar uzun müddət istirahət edəcəklər. İstanbul təmsilçisi də Vilyanın həmin dövrdə sarı-qırmızı formanı geyinməsini istəyir. Yerli mətbuatın yazdığına görə, "Cim-Bom" 5 aylıq icarə qarşılığında qarşı tərəfə 1 milyon avro təklif edib.
 
Qeyd edək ki, Vilya ötən ilin iyunundan Amerika təmsilçisində çıxış edir.
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp